Şəkidə 41 yaşlı qadın zəhərlənib

Şəkidə 41 yaşlı qadın zəhərlənib Şəki. 2 fevral. REPORT.AZ/ Şəkidə zəhərlənmə hadisəsi baş verib.
Hadisə
2 Fevral , 2019 22:45
Şəkidə 41 yaşlı qadın zəhərlənib

Şəki. 2 fevral. REPORT.AZ/ Şəkidə zəhərlənmə hadisəsi baş verib.

"Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Birinci Biləcik kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Ruhiyyə Bəşarət qızı Əsgərova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Müayinə zamanı R.Əsgərovanın yaşadığı ünvanda bilmədən sirkə turşusu içərək zəhərləndiyi məlum olub. R.Əsgərovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti sabitləşib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi