"Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib

"Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib Məhkəmənin növbəti iclası iyulun 27-nə təyin edilib
Hadisə
21 İyul , 2018 13:24
Riyad Mühafizə Xidmətinin keçmiş əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib
Report

Bakı. 21 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş qismində Hüseyn Hüseynov ifadə verib. O, hadisə haqda danışan zaman deyib ki, təqsirləndirilən M.Məmmədov onu bıçaqlayıb.

H.Hüseynov təqsirləndirilən M.Məmmədovdan şikayətçi olmadığını, heç bir tələbinin olmadığını söyləyib.

Məhkəmənin növbəti iclası iyulun 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərinin mərkəzində yerləşən "Leo disko" gecə klubunda baş verib. Klubda əylənən M.Məmmədov həmin məkanda olan Hüseyn Hüseynovla aralarında mübahisə yaşanıb.

Mübahisə nəticəsində M.Məmmədov H.Hüseynova güc tədbiq edib. Tərəfləri ətrafdakılar sakitləşdirilib.

Daha sonra başqa bir məkanda M.Məmmədov yenidən H.Hüseynovu üz-üzə gəlib. O, H.Hüseynovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, M.Məmmədov "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı olub. 2017-ci il iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.

Xuliqanlıqda təqsirləndirilən M.Məmmədov Binəqədi Rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Son xəbərlər

Orphus sistemi