Rəsul Cəfərovun kassasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub
Hadisə
- 16 fevral, 2016
- 07:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə həbsdə olan İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
“Report”un məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, R.Cəfərovun kassasiya şikayəti təmin edilməyib.
R.Cəfərovun özü də məhkəmədə iştirak edib.
Qeyd edək ki, R.Cəfərov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilib.
O, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hüquq müdafiəçisi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb.
Son xəbərlər
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr
04:30
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Digər ölkələr
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr
03:31
BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
Digər ölkələr