Rəhim Qazıyevin anası 96 yaşında vəfat edib

Rəhim Qazıyevin anası 96 yaşında vəfat edib O, Şəkidə dəfn ediləcək
Hadisə
30 Yanvar , 2018 11:04
Rəhim Qazıyevin anası 96 yaşında vəfat edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyevin anası Libadə Qazıyeva 96 yaşında vəfat edib.

“Report”un xəbərinə görə, o, Şəki şəhərində dəfn ediləcək.

Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə vətənə xəyanətdə ittiham edilərək barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi