Yuxarı

Rauf Mirqədirovun məhkəməsində jurnalistlər ifadə verib

Proses qapalı keçirilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. “Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə qapalı şəraitdə keçirilən prosesdə şahidlər Əli Quliyev, jurnalist, siyasi şərhçi Azər Rəşidoğlu və “Turan” İnformasiya Agentliyinin əməkdaşı Fərid Qəhrəmanov ifadə verib.

Məhkəmənin növbəti prosesi dekabrın 2-nə təyin edilib.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi