Yuxarı

Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılacağı tarix açıqlanıb

İlkin baxış iclası martın 18-də başlayacaq

Bakı. 12 fevral. REPORT.AZ/ Jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinin ilkin baxış iclası fevralın 18-də başlayacaq.

“Report”un xəbərinə görə, bu barədə onun vəkili Fuad Ağayev bildirib.

İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatına verilib.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi