​Rauf Mirqədirova hökm oxunub

​Rauf Mirqədirova hökm oxunub Proses hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilib
Hadisə
210
28 Dekabr , 2015 17:10
​Rauf Mirqədirova hökm oxunub

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışında Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror hakimdən jurnalistin işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngülləşdirilməsini istəyib.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

İngilis versiyası Rauf Mirgadirov sentenced

Son xəbərlər

Orphus sistemi