Yuxarı

Qusarda iki nəfər əvvəllər məhkum olunmuş şəxsi boğaraq öldürüb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb

Bakı. 25 iyun. REPORT.AZ/ Qusarda münaqişə zəminində iki nəfər həmyerlilərini boğaraq öldürüb.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə iyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində qeydə alınıb.

Belə ki, Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi