Qusarda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Qusarda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb
Hadisə
17 Dekabr , 2018 12:13
Qusarda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
0 : 00
0 : 00

Qusar. 17 dekabr. REPORT.AZ/ Qusar rayopnunda baş verən yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, rayonun Əniğ kənd sakini Rəşad Əliverdiyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmkəndlisi Orxan Cabbarovu vurub.

Ağır bədən xəsarətləri alan O.Cabbarov hadisə yerində ölüb.

Faktla Qusar rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.


*** 10:51

Quba. 17 dekabr. REPORT.AZ/ Qusar rayonunda avtomobil piyadanı vuraraq öldürüb. 

"Report" xəbər verir ki, hadisə rayonun Əniğ kəndi ərazisində baş verib. 

Belə ki, “BMW” markalı avtomobil yolu keçmək istəyən kənd sakinini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi