Parkda gənclərə qarşı quldurluq edən keçmiş polis əməkdaşı məhkəmədə ifadə verib

Parkda gənclərə qarşı quldurluq edən keçmiş polis əməkdaşı məhkəmədə ifadə verib Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
12 Fevral , 2019 12:58
Parkda gənclərə qarşı quldurluq edən keçmiş polis əməkdaşı məhkəmədə ifadə verib

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ş.Məmmədov özünü qismən təqsirli bildiyini deyib.

Daha sonra Ş.Məmmədov sərbəst ifadə verib. O qeyd edib ki, “Ukrayna” dairəsində yerləşən parkda olan zaman gənc oğlanla qızın oturacaqda yan-yana oturduğunu görüb: "Mən də onlara yaxınlaşıb, nə səbəbə görə bir yerdə oturduqlarını soruşdum. Oğlan mənə "sən kimsən" sualını verdi. Mən də polis əməkdaşı olduğumu bildirdim. Həmin şəxsə "qızın ailəsi bilirmi" sualını ünvanladım. O da "yox" cavabı verib, məni kənara çəkdi. Sonra həmin şəxs qızın ailəsinin bu barədə məlumatlarının olmadığını deyərək, "söhbət"i 100 manatla "həll etdik". Mən də çıxıb oradan getdim".

Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, hadisə zamanı üzərində boş qaz balonu olub: "Onu əvvəllər küçədən tapmışdım. Gənclərə yaxınlaşmaqda məqsədim asayişi qorumaq idi, onlardan pul almaq niyyətində olmamışam".

Ş.Məmmədov deyib ki, hadisədən bir ay sonra polis əməkdaşları tərəfindən saxlanılıb: "İstintaq dövründə həmin şəxsdən aldığım 100 manatı ailəm geri qaytarıb".

O, əvvəllər Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 7 il 6 ay  çalışdığını vurğulayıb: "Sonra polisdən qovulmuşam".

Məhkəmədə ifadə verən zərərçəkmiş Ülvi Abdullazadə qeyd edib ki, parkda nişanlısı ilə gəzişərkən zaman Ş.Məmmədov ona yaxınlaşıb, polis əməkdaşı olduğunu bildirib. Ü.Abdullazadənin sözlərinə görə, Ş.Məmmədov daha sonra onu nişanlısının yanında döyüb, 100 manat pulunu alıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib.

Son xəbərlər

Orphus sistemi