Qubanın kəndində yanğınlar baş verib, polis kəndin girişində post qoyub
Hadisə
- 19 sentyabr, 2020
- 18:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qubanın Dəlləkli kəndində ayrı-ayrı həyətlərdə ot tayaları yanır, kəndin girişində polis postu qoyulub
"Report"-un Şimal bürosunun verdiyi məlumata görə, Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin gün ərzində dörd yerində yanğınlar baş verib, onlara məxsus tayaları və tövlələri yandırıblar. Yanğından zərər çəkmiş şəxslər aşağıdakılardır: İslam Vəzirov, Hamza Çaxalov, İsmixan Qədirov və Maxsud Abasov.
Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi gəlib. Bundan əlavə, hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də baş çəkib. Yanğının qəsdən törədilməsi güman edilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
03:22
Kuşner: Tramp administrasiyası Avropada təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir
Digər ölkələr
02:59
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"
Futbol