Qubadlıda çətənə kolları aşkarlanıb

Qubadlıda çətənə kolları aşkarlanıb Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Davudlu kəndi ərazisində xidmətdə olan zaman Bərgüşad çayının sahilində çətənə kolları aşkar ediblər.
Hadisə
3 İyun , 2023 11:13
Qubadlıda çətənə kolları aşkarlanıb

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Davudlu kəndi ərazisində xidmətdə olan zaman Bərgüşad çayının sahilində çətənə kolları aşkar ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, əraziyə Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə RPŞ-nin istintaq qrupu baxış keçirib.

Ərazidə yabanı halda bitən çəkisi 1 tondan artıq 1 673 ədəd çətənə bitkisi müəyyən edilib və təhlükəsizlik tədbirlərinə riayət edilməklə toplanaraq yandırılma üsulu ilə məhv edilib.

Son xəbərlər

Orphus sistemi