Qubada torpaq sürüşməsi baş verib, istirahət zonası su altında qalıb - VİDEO

Qubada torpaq sürüşməsi baş verib, istirahət zonası su altında qalıb - VİDEO Təbii fəlakət nəticəsində ərazidə böyük göl əmələ gəlib
Hadisə
7 İyun , 2016 18:55
Qubada torpaq sürüşməsi baş verib, istirahət zonası su altında qalıb - VİDEO

Quba. 7 iyun. REPORT.AZ/ Quba rayonunun dağ-meşə massivində torpaq sürüşməsi baş verib.

“Report”un Şimal bürosunun müxbirinin hadisə yerindən verdiyi məlumata görə, təbii fəlakət bu gün Quba rayonunun Qrızdəhnə kəndi ərazisindən keçən Qudyalçay çayının sağ tərəfindəki yamacda qeydə alınıb.

Belə ki, dağın yamac hissəsi uçaraq Qudyalçaya tökülüb, nəticədə böyük torpaq kütləsi çayın qarşısını kəsib.

Ərazidə torpaq sürüşməsi hələ də davam edir, böyük göl əmələ gəlib. Bəzi turizm yerləri, xüsusilə Elxan Muradova məxsus istirahət zonası su altında qalıb. Torpaq sürüşməsi Qudyalçayın qarşısını tamamilə kəsmək üzrədir.

Son xəbərlər

Orphus sistemi