Qubada su kanalına düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB-2

Qubada su kanalına düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB-2 Quba rayonunda İkinci Nügədi kəndi ərazisində su kanlına düşərək boğulan şəxsin meyiti tapılıb.
Hadisə
5 Aprel , 2019 00:46
Qubada su kanalına düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB-2

Quba rayonunda İkinci Nügədi kəndi ərazisində su kanlına düşərək boğulan şəxsin meyiti tapılıb. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə yerinə nazirliyin FHN-nin Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Həyata keçirilən birgə tədbirlər nəticəsində N.Qubadovun meyiti sudan çıxarılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  Quba rayon şöbəsinə yerləşdirilib. 


*** 23:49

Quba rayonunda su kanalına düşərək boğulan şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun İkinci Nügədi kənd sakini, 1984-cü il təvəllüdlü Nemət Şıxverdi oğlu Qubadov naməlum şəraitdə su kanalına düşərək bopğulub. 

N.Qubadovun meyitinin tapılması üçün xilasedicilər tərəfindən axtarışlar davam edir.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 21:10

Quba rayonunda orta yaşlı kişi su kanalına düşərək boğulub.

"Report"un Şimal bürosunun məlumatına görə hələlik şəxsiyyəti məlum olmayan kişinin axtarışlarına başlanılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və xilasedicilər cəlb olunub. 

Axtarışlar davam edir.

Son xəbərlər

Orphus sistemi