Qubada postda saxlanılan avtomobilin sərnişini narkotiki ataraq qaçıb

Qubada postda saxlanılan avtomobilin sərnişini narkotiki ataraq qaçıb Aprelin 23-ü saat 21 radələrində xüsusi karantin rejimi ilə əlaqədar Quba rayonunun Barlı kəndinin ərazisində quraşdırılmış postda Xaçmaz rayon sakini K.Bəkdəmirovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə
25 Aprel , 2020 13:28
Qubada postda saxlanılan avtomobilin sərnişini narkotiki ataraq qaçıb

Aprelin 23-ü saat 21 radələrində xüsusi karantin rejimi ilə əlaqədar Quba rayonunun Barlı kəndinin ərazisində quraşdırılmış postda Xaçmaz rayon sakini K.Bəkdəmirovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, yoxlama zamanı sürücünün narkotik maddənin təsiri altında olması müəyyən edilib.

Bu zaman avtomobildəki sərnişin düşərək əlindəki qutunu yolun kənarına ataraq qaçıb.

Polis əməkdaşları qutudan narkotik vasitə olan marixuana aşkar edərək götürüb.

K.Bəkdəmirovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib və o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi