Qubada ölümlə nəticələnən yol qəzası olub
Hadisə
- 05 iyun, 2017
- 13:54
Quba. 5 iyun. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 151-ci kilometrliyində, rayonun Cağacuq kəndi ərazisində qeydə alınıb.
Belə ki, 90-NB-970 dövlət qeydiyyat nömrə nişanlı "LADA priora" markalı avtomobillə 99-BF-038 dövlət qeydiyyat nömrə nişanlı "Opel" markalı avtomobil toqquşub. Nəticədə ağır bədən xəsarətləri alan, "LADA priora"nın sürücüsü, rayonun Nərimanabad kənd sakini, 1958-ci il təvəllüdlü Füzuli Seyidağa oğlu Çərkəzov Quba Rayuon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, F.Çərkəzov orada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
09:02
"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
Futbol09:01
Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
Digər ölkələr08:59
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.09.2026)
Maliyyə08:51
Çində internet dələduzluğu ilə mübarizə üzrə beynəlxalq alyans yaradılacaq
Digər ölkələr08:49
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (10.09.2026)
Maliyyə08:33
Donald Tramp ABŞ-nin neft hasilatı məsələsində OPEC-dən güclü olduğunu açıqlayıb
Digər ölkələr08:12
Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:10
Tramp ABŞ-nin Venesuela ilə saziş nəticəsində 500 il yetəcək neft ehtiyatlarına çıxış əldə etdiyini bildirib
Digər ölkələr08:00