Qubada kişi meyiti tapılıb - YENİLƏNİB

Qubada kişi meyiti tapılıb - YENİLƏNİB Quba. 18 sentyabr. REPORT.AZ/ Quba rayonunda küçədə tapılan meyitin kimliyi məlum olub.
Hadisə
18 Sentyabr , 2018 18:04
Qubada kişi meyiti tapılıb - YENİLƏNİB

Quba. 18 sentyabr. REPORT.AZ/ Quba rayonunda küçədə tapılan meyitin kimliyi məlum olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, 1970-ci il təvəllüdlü İlham Firidun oğlu Əkbərovun meyiti yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Meyit muayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib. Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

***17:48

Quba. 18 sentyabr. REPORT.AZ/ Quba rayonunda naməlum kişi meyiti tapılıb.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyitin kimə məxsus olması və ölümünün səbələri araşdırlır.

Son xəbərlər

Orphus sistemi