Qubada karantini pozan şəxslər peşman olduqlarını etiraf ediblər - VİDEO

Qubada karantini pozan şəxslər peşman olduqlarını etiraf ediblər - VİDEO Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Hadisə
10 Aprel , 2020 15:38
Qubada karantini pozan şəxslər peşman olduqlarını etiraf ediblər - VİDEO
0 : 00
0 : 00

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən inzibati ərazilərində xidmət aparan zaman qaydalara riayət etməyərək xüsusi icazə olmadan səbəbsiz yerə evdən çölə çıxan, eləcə də lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edən şəxslər aşkarlanaraq barələrində qanuna müvafiq qaydada tədbirlər görülüb.

Həmin şəxslər karantin rejimini pozduqlarına görə səmimi peşman olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi