Qubada kafenin kababçısı müştərini bıçaqlayıb

Qubada kafenin kababçısı müştərini bıçaqlayıb Quba. 29 oktyabr. REPORT.AZ/ Quba rayonunda kafelərdən birində bıçaqlanma hadisəsi olub.
Hadisə
29 Oktyabr , 2018 15:19
Qubada kafenin kababçısı müştərini bıçaqlayıb
0 : 00
0 : 00

Quba. 29 oktyabr. REPORT.AZ/ Quba rayonunda kafelərdən birində bıçaqlanma hadisəsi olub. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, kafenin kababçısı Bəhram Cəfərovla müştərisi, Quba şəhər sakini, 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəminində kababçı müştərini bıçaqlayıb.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, S.Hüseynov sağ qabırğaaltı nahiyəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

"Report"un yerli bürosu hadisənin hansı səbəbdən baş verdiyini araşdırıb. Məlum olub ki, kafenin daimi müştərisi olan Səxavət Hüseynov kabab sifariş verib və stola gələn kababı bəyənməyib. O, kafenin sahibini çağırıb və şikayət edib. Kafenin müdiri də kababçını çağıraraq hər kəsin qarşısında ona iradlarını bildirib. Bundan qəzəblənən kababçı daha sonra müştəriyə yaxınlaşıb və onunla mübahisə edib və nəticədə S.Hüseynov bıçaqlanıb. 

Qeyd edək ki, kafenin kababçısı əvvəllər məhkum olunub. 

Faktla bağlı Quba rayon Polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi