Qubada güclü külək fəsadlar törədib, ev və yardımçı tikililərin damları uçub - FOTO

Qubada güclü külək fəsadlar törədib, ev və yardımçı tikililərin damları uçub - FOTO Quba. 16 yanvar. REPORT.AZ/ Quba rayonunda güclü külək bir sıra fəsadlar törədib.
Hadisə
16 Yanvar , 2019 15:56
Qubada güclü külək fəsadlar törədib, ev və yardımçı tikililərin damları uçub - FOTO

Quba. 16 yanvar. REPORT.AZ/ Quba rayonunda güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Atuc kəndində Fəzail Əlipaşayevə məxsus evin və həmkəndlisi Daşdəmir Aslanovun həyətindəki tövlənin dam örtüyü uçub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, ev sahibi F.Əlipaşayeva damın yararsız vəziyyətə düşməsi səbəbindən maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi