Qubada evdən 37 min manat oğurlanıb

Qubada evdən 37 min manat oğurlanıb Bakı. 13 fevral. REPORT.AZ/ Qubada evlərin birindən 37 min 355 manat oğurlanıb.
Hadisə
13 Fevral , 2019 10:34
Qubada evdən 37 min manat oğurlanıb
0 : 00
0 : 00

Bakı. 13 fevral. REPORT.AZ/ Qubada evlərin birindən 37 min 355 manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə Vəlvələ kəndində baş verib.  

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinə Vəlvələ kəndindəki evlərin birindən 18.000 manat və 790.000 rublun (19.355 manat) oğurlanması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini E.Əhmədəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi