Quba. 7 sentyabr. REPORT.AZ/ Quba rayonunda doğuş zamanı baş verən körpü ölümünün təfərrüatı məlum olub.
T.Sultanovanın qayınatası Salman Sultanov "Report"un yerli bürosuna açıqlamasında hadisənin həkimlərin səhlənkarlığı ucbatından baş verdiyini bildirib. O, faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib: "Gəlinim hamiləliyin ən son anlarınadək həkim nəzarətində olub. Heç bir problem olmadığını bildiriblər. Lakin doğuşa gedən gəlinimə 20 dəqiqədən sonra körpənin artıq bətində öldüyünü deyiblər. Nəvəmin ölümünə səbəb həkimlərin səhlənkarlığı olub".
Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlyar Sərvərov isə "Report"un yerli bürosuna deyib ki, doğuş zamanı döl ölü doğulub: "Bu həkim səhvi deyil, ananın patalogiyası hesab olunur".
Faktla bağlı araşdırma aparılır.
***15:49Quba. 7 sentyabr. REPORT.AZ/ Quba rayonunda doğuş zamanı körpə ölümü baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba şəhər sakini, 1994-cü il təvəllüdlü Turac Nəzər qızı Sultanova Quba Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə doğuş üçün aparılıb. Lakin ilk hamiləliyindən dünyaya gətirdiyi oğlan körpəsi ölü doğulub.Faktla bağlı araşdırmalara başlanlılb.