Qubada bayram günü yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb

Qubada bayram günü yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb Quba rayonunda bayram günü yol qəzasında xəsarət alan sərnişin xəstəxanada ölüb.
Hadisə
14 Yanvar , 2020 16:05
Qubada bayram günü yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb

Quba rayonunda bayram günü yol qəzasında xəsarət alan sərnişin xəstəxanada ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə ötən il dekabrın 31-də Quba-Qonaqkənd avtomobil yolunun İkinci Nügədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qara çayın üzərindəki körpüdən minik avtomobili aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan - Quba rayonunun Rustov kənd sakini Əfqan Qadir oğlu İmanquluyevin vəziyyəti ağır olduğundan Bakıya göndərilib. O, ötən gün paytaxtda müalicə aldığı xəstəxanada ölüb.

Mərhum bu gün yaşadığı kənddə dəfn olunub.

Son xəbərlər

Orphus sistemi