Qubada avtomobil qadını vuraraq öldürdü

Qubada avtomobil qadını vuraraq öldürdü Quba rayonunda ölümlə nəticələn yol qəzası baş verib.
Hadisə
21 Noyabr , 2020 13:10
Qubada avtomobil qadını vuraraq öldürdü

Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 20-si saat 19 radələrində Quba rayonunun 2-ci Nügədi kəndi ərazisində kənd sakini N.Hüseynzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Sənurə İsayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi