Qubada 8 yaşlı uşaq traktora qoşulan dərmansəpən qurğunun arasında qalıb

Qubada 8 yaşlı uşaq traktora qoşulan dərmansəpən qurğunun arasında qalıb Qubada 8 yaşlı məktəbli dərmansəpən qurğunun arasında qalaraq xəsarət alıb
Hadisə
510
8 May , 2021 12:29
Qubada 8 yaşlı uşaq traktora qoşulan dərmansəpən qurğunun arasında qalıb
0 : 00
0 : 00

Qubada 8 yaşlı məktəbli dərmansəpən qurğunun arasında qalaraq xəsarət alıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıqayıb kəndində baş verib.

Belə ki, kənd sakini Zamiq Rəşad oğlu Harunov atasına məxsus traktora qoşulmuş dərmansəpən aparata ilişib. Məlumata görə, 8 yaşlı uşağın şalvarı işlək vəziyyətdə olan dərmansəpən qoşqunun hərəkətverici qurğusuna ilişib və qurğu onu bir neçə dəfə qaldıraraq yerə çırpıb. Nəticədə uşağın daxili orqanları zədələnib. Bundan başqa, uşağın hər iki əli və sağ ayağı əzilib.

Z.Harunov Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi