Qubada 25 yaşlı gənci bıçaqlayan şəxsin adı məlum olub - YENİLƏNİB

Hadisə
  • 30 dekabr, 2015
  • 21:05
Qubada 25 yaşlı gənci bıçaqlayan şəxsin adı məlum olub - YENİLƏNİB

Bakı. 31 dekabr. REPORT.AZ/ Ötən axşam Quba rayonunda 25 yaşlı gənci bıçaqlayan şəxsin özündən beş yaş kiçik həmkəndlisi olduğu məlum olub.

"Report"un məlumatına görə, bibisi qızının dalınca gələn Mikayıl Musayevi görən 1995-ci il təvəllüdlü Baxışov Kamran Azer oğlu onu bıçaqlayıb.

Kamranın özü də əl barmaqlarında yaralar əmələ gəldiyi üçün Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

** 22.10

Bakı. 30 dekabr. REPORT.AZ/ Qubanın Rustov kəndində bu axşam bıçaqlanma hadisə baş verib. 

"Report" xəbər verir ki, 1990-ci il təvəllüdlü Musayev Mikayıl Malik oğlu mübahisə zəminində bıçaqlanıb.

Quba Rayon Mərkəzi Xəstəsxanasına çatdırılan gənc hazırda cərrahiyə şöbəsində əməliyyatdadır. 

Quba polisi hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsini araşdırır.