Quba-Xınalıq yolu bağlandı - YENİLƏNİB

Quba-Xınalıq yolu bağlandı - YENİLƏNİB Quba rayonun Xınalıq kəndi və ətraf ərazilərinə bu gün saat 17:00-dan&yağan güclü leysan yağışları rayonla kəndi birləşdirən&avtomobil yolunun bağlanmasına səbəb olub.&
Hadisə
5202
14 İyul , 2020 00:50
Quba-Xınalıq yolu bağlandı - YENİLƏNİB

Quba rayonun Xınalıq kəndi və ətraf ərazilərinə bu gün saat 17:00-dan yağan güclü leysan yağışları rayonla kəndi birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı "Yol İstismarı İdarəsi" MMC-nin sahə rəisi Bilal Sultanovun bildirdiyinə görə, əraziyə baxış keçirilib:

"Vəziyyətlə tanış olmuşuq. Hal-hazırda ərazidə olan texnika az da olsa, bu istiqamətdə işləyir. Lakin yolun açılması üçün daha çox və lazımi texnikanın cəlb olunması zaman tələb edir. Bu səbəbdən yolun açılması işinə səhər saatlarından başlanılacaq".

Qeyd edək ki, leysan yağışları rayonun Bostankeş və Qala-Xudat kəndlərində də evlərə, fərdi təsərrüfatlara və yol təsərrüfatına ciddi ziyan vurub.