Quba sakini qohumu tərəfindən öldürülüb - ƏLAVƏ OLUNUB

Quba sakini qohumu tərəfindən öldürülüb - ƏLAVƏ OLUNUB Hazırda hadisə yerində araşdırma aparılır
Hadisə
16 Noyabr , 2016 13:02
Quba sakini qohumu tərəfindən öldürülüb - ƏLAVƏ OLUNUB

Quba. 16 noyabr. REPORT.AZ/ Quba rayonunda 37 yaşlı kişi ni öldürən şəxsin kimliyi məlum olub. "Report"un Şimal bürosunun məlumatına görə, rayonun Barlı kəndi ərazisində 37 yaşlı Ramiz Əhməd oğlu Məmmədovu bıçaqlayan şəxs onun qohumu 1961-ci il təvəllüdlü Yusif Hacıbaba oğlu Babayev olub. 

Quba Rayon prokurorluğu və və rayon polis şöbəsinin məkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Babayev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***


Quba. 16 noyabr. REPORT.AZ/ Quba rayonunda 37 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Barlı kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini, 37 yaşlı Ramiz Əhməd oğlu Məmmədov bıçaqlanıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Səyyaf Tağıyev "Report"un Şimal bürosuna bildirib ki, əməliyyat olunan R.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb: "Bu gün səhər saatlarında rayon sakini Ramiz Məmmədov yaralı vəziyyətdə xəstəxanaya gətirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub və əməliyyat edilib. Lakin əməliyyatdan sonra o, xəstəxanada ölüb". 

Quba Rayon Prokurorluğundan bildirilib ki, hazırda hadisə yerində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi