Qonşusunu bıçaqlayan Bakı sakininə hökm oxunub
Hadisə
- 01 iyul, 2019
- 11:27
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report"un məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə İ.Mustafayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Bakının Xətai rayonu, Aşıq Qurban küçəsində baş verib. 1993-cü il təvəllüdlü İ.Mustafayev qonşusu - 1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət ittihamı elan edilib.
Son xəbərlər
10:37
Əlcəzairli ekspert: Neokolonializm qorxu və asılılıq üzərində qurulub
Xarici siyasət10:35
Ötən il Azərbaycanda həssas kateqoriyadan olan 5800 nəfər işlə təmin edilib
Sosial müdafiə10:34
"Express Lombard" səhmdarlarından birinin tam nəzarətinə keçib
Maliyyə10:29
Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq
Komanda10:24
Elnarə Ənsari: Bu günə qədər 920-dən çox həssas kateqoriyaya aid şəxsə xidmət göstərilib
Sosial müdafiə10:20
Sename Kofi Aqbocinu: Müasir texnologiyalar müstəmləkəçilik mövzusunu qlobal səviyyəyə çıxarır
Xarici siyasət10:19
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
Hadisə10:16
Azərbaycan millisi bu gün Rusiya yığması ilə üz-üzə gələcək
Futbol10:12