Qobustanda yol qəzasında ölən və yaralananların adları məlum olub - SİYAHI - FOTO - YENİLƏNİB

Qobustanda yol qəzasında ölən və yaralananların adları məlum olub - SİYAHI - FOTO - YENİLƏNİB Qobustan rayonunda baş verən ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub.
Hadisə
375
26 Oktyabr , 2019 10:14
Qobustanda yol qəzasında ölən və yaralananların adları məlum olub - SİYAHI - FOTO - YENİLƏNİB

Qobustan rayonunda baş verən ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində Ağsu rayon sakini, 1966-ci il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu dünyasını dəyişib.

Qəza zamanı Ağsu rayon sakinləri - 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı,1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı və Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu isə xəsarət alıblar.  

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


*** 08:44

Qobustan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Qobustan ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi