Yuxarı

Qobustanda sürücü avtomobili divara çırpması nəticəsində ölüb

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Bakı. 2 sentyabr. REPORT.AZ/ Qobustan rayonunda avtomobilini divara vuran sürücü ölüb.

“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 2-də saat 01 radələrində Qobustan rayonunun Bədəlli kəndində qeydə alınıb.

Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı divara vurub. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi