Qobustanda baş verən yanğında azyaşlı bacı və qardaş yanaraq ölüb

Qobustanda baş verən yanğında azyaşlı bacı və qardaş yanaraq ölüb Yanğın zamanı 1 nəfər azyaşlı yanıq xəsarətləri alıb
Hadisə
4 Yanvar , 2018 15:18
Qobustanda baş verən yanğında azyaşlı bacı və qardaş yanaraq ölüb
Report

Bakı. 4 yanvar. REPORT.AZ/ Qobustanda baş verən yanğında azyaşlı bacı və qardaş yanaraq ölüb. 

"Report" FHN-in saytına istinadən xəbər verir ki, rayonun Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. 

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-cı il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi