Qobustanda 2 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Qobustanda 2 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb Bakı. 12 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elman Osmanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
12 Yanvar , 2019 18:25
Qobustanda 2 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elman Osmanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2018-ci il iyulun 2-də saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə E.Osmanov idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusu yolun kənarındakı maneəyə (daş hasara) vurub.

Nəticədə sərnişinlərindən Bakı şəhər sakini Lütvanə Talıblı və Hacıqabul rayon sakini Mənsur Zeynalov hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib. Daha sonra E.Osmanov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi