Qobustanda 2 nəfərin ölümünə səbəb olan sürücünün ibtidai istintaqı yekunlaşıb

Qobustanda 2 nəfərin ölümünə səbəb olan sürücünün ibtidai istintaqı yekunlaşıb Bakı. 3 yanvar. REPORT.AZ/ Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elman Osmanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
3 Yanvar , 2019 15:51
Qobustanda 2 nəfərin ölümünə səbəb olan sürücünün ibtidai istintaqı yekunlaşıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elman Osmanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2018-ci il iyulun 2-də, saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə E.Osmanov idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusu yolun kənarındakı maneəyə (daş hasara) vurub.

Nəticədə sərnişinlərindən Bakı şəhər sakini Lütvanə Talıblı və Hacıqabul rayon sakini Mənsur Zeynalov hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib. Daha sonra E.Osmanov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi