Qobustan həbsxanasında intihar hadisəsi olub - FOTO

Qobustan həbsxanasında intihar hadisəsi olub - FOTO Məhbus özünü asıb
Hadisə
4 Fevral , 2016 10:07
Qobustan həbsxanasında intihar hadisəsi olub - FOTO

Bakı. 4 fevral. REPORT.AZ/ Qobustan həbsxanasında intihar hadisəsi olub.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü İbrahimov Sübhay Əşrəf oğlu həbsxanada özünü asıb.

Faktla bağlı Qardağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, S.İbrahimov Goranboyun Qaradağlı kəndində 80 və 82 yaşlı ər-arvadı tamah məqsədilə qətlə yetirib. Hadisəni törətdikdən sonra evdəki 30 manat pulu götürərək gedib.

S.İbrahimov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-c-i (qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunub. O, 2015-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi