QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər dindirilib

QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər dindirilib Məhkəmənin növbəti prosesi avqustun 30-na təyin edilib
Hadisə
23 Avqust , 2016 16:32
QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər dindirilib

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə növbəti şahidlər dindirilib.

Məhkəmənin növbəti prosesi avqustun 30-na təyin edilib.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi