Qırğız Respublikasının Gömrük Xidmətinin Bakıda saxlanılan keçmiş rəhbəri vətəninə qaytarılacaq

Qırğız Respublikasının Gömrük Xidmətinin Bakıda saxlanılan keçmiş rəhbəri vətəninə qaytarılacaq Bakı. 5 dekabr. REPORT.AZ/ Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş sədri Adamkul Junusovun Bişkekə qaytarılması ilə bağlı müvafiq prosedur məsələlərini yerinə yetirmək üçün yaxın vaxtda Bakıya müstəntiqlər qrupu göndəriləcək.
Hadisə
5 Dekabr , 2018 14:35
Qırğız Respublikasının Gömrük Xidmətinin Bakıda saxlanılan keçmiş rəhbəri vətəninə qaytarılacaq
0 : 00
0 : 00

Bakı. 5 dekabr. REPORT.AZ/ Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş sədri Adamkul Junusovun Bişkekə qaytarılması ilə bağlı müvafiq prosedur məsələlərini yerinə yetirmək üçün yaxın vaxtda Bakıya müstəntiqlər qrupu göndəriləcək.

“Report” Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidmətindən bildirilib. Həmçinin bu şəxsin Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıldığını təsdiqlənib.

Qırğız Respublikasında 2013-2016-cı illərdə Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Ədəmqul Junusov Cinayət Məcəlləsinin xidməti 304-cü maddəsi (vəzifəsindən sui-istifadə) ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi