Yeni Günəşlidə qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb

Yeni Günəşlidə qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb Yeni Günəşlidə qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb.
Hadisə
6 aprel 2023 14:18
Yeni Günəşlidə qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb

Yeni Günəşlidə qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb.

Bu barədə "Report"a Suraxanı rayon prokurorluğundan bildirilib.

Aprelin 6-sı saat 17 radələrində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən mənzillərdən birində 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1984-cü il təvəllüdlü Samir Kərimov və 1979-cu il təvəllüdlü Sevda Kərimova tərəfindən küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Samir Kərimov və arvadı Sevda Kərimova iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi