Goranboyda dolu və sel ciddi fəsadlar törədib - YENİLƏNİB

Goranboyda dolu və sel ciddi fəsadlar törədib - YENİLƏNİB Günün ikinci yarısından başlayaraq Gəncə şəhəri və ətraf rayonlara güclü yağış yağıb, Goranboya dolu düşüb, bəzi kəndlərə sel gəlib, fəsadlar yaradıb.
Hadisə
30 Aprel , 2023 20:36
Goranboyda dolu və sel ciddi fəsadlar törədib - YENİLƏNİB

Güclü yağış və dolu Goranboy rayonunun bir sıra kənd və qəsəbələrində fəsadlar törədib.

Goranboy rayon İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, sel sularının daşması nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, avtomobillərə və təsərrüfatlara ziyan dəyib.

Eyni zamanda çaylarda suyun səviyyəsi yüksəlib.

Hazırda Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası güclü yağış və dolu yağması ilə yaranmış sel nəticəsində vətəndaşlara dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı işlər davam etdirir.

16:59

Günün ikinci yarısından başlayaraq Gəncə şəhəri və ətraf rayonlara güclü yağış yağıb, Goranboya dolu düşüb, bəzi kəndlərə sel gəlib, fəsadlar yaradıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hava şəraiti səbəbindən əsas fəsadlar Goranboy rayonunun Gürzalar və digər kəndlərində qeydə alınıb.

Belə ki, yağan güclü yağışdan sonra sel suları kəndin avtomobil yollarına, təsərrüfata zərər vurub. Bir neçə avtomobil sel sularına düşüb, zərər görüb.

Elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, Goranboy və Şəmkir rayonlarına dolu da yağıb.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi