Qənimət Zahidin qohumlarının məhkəməsi davam etdirilib

Qənimət Zahidin qohumlarının məhkəməsi davam etdirilib Onlardan biri vəsatət verib
Hadisə
23 Fevral , 2016 12:35
Qənimət Zahidin qohumlarının məhkəməsi davam etdirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Rüfət Zahidov və Rövşən Zahidovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dövlət hesabına olan vəkillərdən imtina edib.

Rövşən Zahidovun müdafiəçi Tahir Xanəliyev vəstətlə çıxış edib. Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Rüfət Zahidov hazırda Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə onun əmisi oğludur.

Son xəbərlər

Orphus sistemi