​Qənimət Zahidin qohumlarının məhkəməsi başlayıb

​Qənimət Zahidin qohumlarının məhkəməsi başlayıb Məhkəmənin hazırlıq iclası fevralın 23-də davam etdiriləcək
Hadisə
19 Fevral , 2016 15:53
​Qənimət Zahidin qohumlarının məhkəməsi başlayıb

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Rüfət Zahidov və Rövşən Zahidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin hazırlıq iclası fevralın 23-də davam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Rüfət Zahidov hazırda Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə onun əmisi oğludur.

Son xəbərlər

Orphus sistemi