Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb T.Yaqubov barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.
Hadisə
372
17 Dekabr , 2020 12:46
Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
0 : 00
0 : 00

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun Bum qəsəbə sakini Tural Yaqubovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan T.Yaqubova xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs ictimai məkanda hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

T.Yaqubov barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi