Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib
Hadisə
- 27 oktyabr, 2024
- 07:33
Bu gün səhər saatlarında Ağdaş-Qəbələ avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, “VAZ 21015” markalı avtomobil Qəbələ rayonunun Soltannuxa kənd ərazisindən Əmili kənd istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı beton su kanalına düşüb.
Qəza nəticəsində avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib, digəri isə ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralı şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
09:30
Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono Qarabağ və Şərqi Zəngəzura səfər edir
Qarabağ09:28
Qazaxıstan hərbçilərinin Xəzərdə təlimləri başlayıb
Region09:28
Harri Keyn UEFA Çempionlar Liqasında nadir rekordu təkrarlayıb
Futbol09:22
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Energetika09:10
UEFA reytinqi: Azərbaycan həftəni 25-ci pillədə başa vurub
Futbol09:07
Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək
Futbol09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (11.09.2026)
Maliyyə09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (11.09.2026)
Maliyyə08:50