Qəbələdə körpə bədbəxt hadisə nəticəsində ölüb

Hadisə
  • 22 iyun, 2017
  • 07:49
Qəbələdə körpə bədbəxt hadisə nəticəsində ölüb

Qəbələ. 22 iyun. REPORT.AZ/ Qəbələ rayonunda körpə bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə iyunun 21-də rayonunun Hacıalı kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 2 yaşlı Rauf Əlizadə evlərinin həyətindəki su quyusuna düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

44 filmi