Qəbələ rayonunda kliniki ölüm keçirdiyi bildirilərək dəfn edilən şəxsin yumruq zərbəsi nəticəsində öldüyü məlum olub.
Onun kliniki ölüm keçirməsi bildirilmiş və avqustun 1-də kənd qəbristanlığında dəfn edilib.
Araşdırmalarla həmin gün qeyd edilən kəndin ərazisində T.Səfərçinovla həmkəndlisi N.Rəhimov arasında münaqişə baş verməsi və sonuncunun onu (baş nahiyəsinə) yumruqla vurduğundan ölməsi müəyyən edilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Rəhimov tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.