AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.
"Göyərtədəki 37 Azərbaycan vətəndaşından 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan olan 3 sərnişinin hamısı sağ qalıb. 16 Rusiya vətəndaşından 7-si həlak olub, 9-u sağ qalıb. Təyyarədəki 6 Qazaxıstan vətəndaşının hamısı həlak olub", - M.Karabayev deyib.
Onun məlumatına görə, təyyarədə 67 nəfər - 62 sərnişin və 5 ekipaj üzvü olub. Ekipajdan 2 nəfər həlak olub, 3 nəfər sağ qalıb.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.