Qazaxıstanda bədbəxt hadisə zamanı ölən 16 yaşlı azərbaycanlı vətənində dəfn ediləcək

Hadisə
  • 15 iyul, 2019
  • 06:07
Qazaxıstanda bədbəxt hadisə zamanı ölən 16 yaşlı azərbaycanlı vətənində dəfn ediləcək

Qazaxıstanın Kostanay vilayətinin uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov vəfat edib.

Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.

Belə ki, bu il iyunun 28-də məhəllədəki futbol meydançasında oynayarkən qapı uşağın üstünə düşüb. Həkimlər Namiq Şirinova qaraciyərin yırtılması və güclü retroperitoneal hematoma diaqnozu qoyublar.

Qeyd edək ki, gənc dünyasını dəyişdiyindən onun bu gün paytaxt Nur-Sultandakı klinikalardan birinə nəql edilməsi baş tutmayıb.

N.Şirinovun valideynləri övladlarını Azərbaycanda dəfn etmək qərarına gəliblər. Akimat (icra hakimiyyəti - red.) mərhumun vətənə göndərilməsi üçün bütün xərcləri üzərinə götürüb.

Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin "Səhlənkarlıq" maddəsi ilə cinayət işi başlanılıb. Məhkəməyə qədər istintaq davam etdiriləcək.

44 - Tezliklə