Qazaxın Fərəhli kəndində top mərmisi aşkar edilib

Qazaxın Fərəhli kəndində top mərmisi aşkar edilib Nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb
Hadisə
16 İyul , 2017 00:52
Qazaxın Fərəhli kəndində top mərmisi aşkar edilib
Foto: ANAMA

Bakı. 16 iyul. REPORT.AZ/ ANAMA iyulun 15-də agentlik tərəfindən Qazax rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat yayıb.

"Report" xəbər verir ki, rayonun Fərəhli kəndi – kəndarası torpaq yolun kənarına baxış keçirilib, 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar edilərək götürülüb, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 01 yanvar – 15 iyul 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 790 ədəd partlamamış hərbi sursat, 194 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 4 688 592 kv.m ərazi (710 808 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi