Qazaxda gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB 

Qazaxda gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB  Qazax rayonunda bıçaqlanan şəxs xəstəxanada ölüb.
Hadisə
13 Avqust , 2021 22:26
Qazaxda gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB 
0 : 00
0 : 00

Qazax rayonunda həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu Qazax rayon Yuxarı Salahlı kənd sakini, 2000-cı il təvəllüdlü Nəsimi İsmayılovdur.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

21:51

Qazax rayonunda gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Qazax rayon İkinci Şıxlı kənd sakini, 1999-cu il təvəllüdlü Mansurov Novruz Ferruz oğlu mübahisə zəminində ürəyə yaxın nahiyədən bıçaqlanıb. O, bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi