Yuxarı

Qazaxda özünü Ombudsman Aparatının əməkdaşı kimi təqdim edən şəxs tutulub

Araşdırmalar zamanı Şahməddin Həsənovun Şirvan şəhərində qeydiyyatda olduğu məlum olub

Bakı. 13 may. REPORT.AZ/ Qazaxda özünü Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı kimi təqdim edən şəxs tutulub.

"Report"un məlumatına görə, rayon sakinlərinə özünü Ombudsman Aparatının əməkdaşı kimi təqdim edən 55 yaşlı Şahməddin Həsənov müxtəlif mağazalara gedərək dələduzluq edib.

Ş.Həsənovun sonuncu qurbanı Qazax rayon sakini Fariz Namazov olub.

Zərərçəkən Qazax Rayon Polis Şöbəsinə müraciət edərək 68 manat məbləğində ərzaq mallarının, 200 manat nağd pulunun mənimsədiyini bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta vəsiqə ilə insanları aldadan Şahməddin Həsənov Ağstafa rayon Poylu qəsəbəsində saxlanılıb.

Araşdırmalar zamanı onun Şirvan şəhərində qeydiyyatda olduğu məlum olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi